8 MART

Əziz xanımlarımız!

Sizin, əksər kişilərimizin ildə bir dəfə hədiyyə almağı yadına salıb, məcburi təbrik etdiyi 8 Mart Qadınlar bayramınızı təbrik edirəm!
Qəlbinizdən sevinc, sevgi, səadət heç vaxt əskik olmasın!

Azərbaycan xanımlarının əksəriyyəti mənimçün həmişə sədaqət, həya, təmkin, özündən çox ailəsinin rifahına, qayğısına qalan fədakar, nəcib qadın mücəssiməsi olub.

Əziz kişilərimiz! Mütləq deyil elə bu gün nəsə bir ətir, çiçək, nə bilim, hər hansı bir hədiyyə almağı özünüzə borc bilərək sizə yaxın olan xanımları təbrik edəsiz. Qoy sizlərin adət halına çevirmək istədiyini dilədiyim xoş rəftarınız, səmimi, qarşılıqsız sevginiz, gülər üzünüz, sevgi dolu sözləriniz, yüksək insani keyfiyyətləri, dəyərləri özündə ehtiva edən gözəl, anlayışlı, qürurlu, qeyrətli analarımıza, bacılarımıza, qızlarımıza hər gün verdiyiniz hədiyyə olsun.

Qadını insan kimi saymayanlara isə tövsiyyəm budur: Onları yalnız öləndə yox, yaşadğınız hər gündə başınızın üstündə tutmağı bilin!

Azərbaycan XANIMI dünyanın ən gözəl nemətlərinə layiq olmağı haqq edən qadındır. Sadəcə, bunu ona hiss etdirin, vəssalam!

Qadınlar bayramınız mübarək, əziz Azərbaycan XANIMIM!

Davamı →

Beynəlxalq Qadınlar Günü

Bu gün 8 martdır.8 mart
Kişilər qadınları təbrik edirlər.
Lakin təbrik edilən və edənlər görəsən niyə məhz 8 Martın bayram olduğunu bilirlərmi?
Məncə yox.

157 il əvvəl idi
Yəni 1857-ci ilin 8 Martı..
Məkan ABŞ, Nyu York...
40 min toxucu qadının çalışdığı fabrikdə tətillər başlayır.
Qadınlar daha yaxşı əmək şəraiti istəyirlər.
Fabrikdə iş dayanır.
Polis fabrikə hücum edir.
Qadınlar fabrikə qapanır.
Qəfildən yanğın başlayır.


Ardı →

Nə üçün müsəlmanlar 8 mart bayramını qeyd etmir

Daha doğrusu niyə müsəlman aləmi 8 mart bayramını qəbul etmir?! Hər kəsə məlum olduğu kimi, 8 Mart Beynəlxalq Qadınlar günü kimi qəbul edilir. Düzdür, adı beynəlxalq olsa da, indilərdə keçmiş sovet məkanı ölkələrinin bəzilərindən başqa yerlərdə az-az rast gəlinir bu “bayram”a. Bu bayramın yaranmasını Klara Setkinlə əlaqələndirirlər. O, qadınlardan ibarət inqilabi dəstə yaradaraq ekspluatatorlarla mübarizəyə qalxmışdı. Bu mübarizəyə qadınlar, iş saatının azaldılmasına, maaşların çoxaldılmasına və iş şəraitinin yaxşılaşdırılmasına görə qalxmışdılar. Öz xalqının müqəddəs bayramının yaşamasına xatir, Klara Setkin 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən beynəlxalq konqresində çıxış edərək 8 martın beynəlxalq qadınlar günü kimi qeyd edilməsini təklif etdi.
Davamı →

8 mart azadlıqdırsa...

Əgər azadlıq budursa, "...buraxın zindanlara məhkum olum..."
İnsanlar tarixən çox günlər qeyd ediblər, bayramlar keçirdiblər, özünün olan-olmayan, istədiyi və ya istəmədiyi, məcburən və ya sevərək — bir sözlə, təqvimlərdə daha tünd rənglərlə öz əksini tapan günlər keçirdiblər.

Bu gün də həmin günlərdən biridir. Məhz bu gün Azərbaycan kişisi qadınına gül-çiçək bağışlayır, hədiyyə alır, bu gün Azərbaycan qadını ona hədiyyə verilmədikdə inciyir, önəmsənmədiyini sanır. Qıcıqlanır mənim ölkəmin qadını. Nədir bu «8 mart» və bu gün özündə bu istedadı və haqqı ehtiva edirmi ki, mənim ölkəmin kişisi bu gün öz anasını, qadını, bacısını təbrik etsin?!
Ardı →

Qadın və 8 mart

Qadın — Kainatın,həyatın mənası, əsasıdır.
Qadın — Cəmiyyətin, ailənin yardımçı qüvvəsidir.
Qadın — Dostdur, bacıdır, sirdaşdır, yoldaşdır.
Qadın — Zəriflik, incəlik, gözəllik, güclülük simvoludur.
Qadın — Ən əsası Anadır, cənnətliyi qazanmış varlıqdır
Bütün qadınları 8 mart bayramı münasibətilə təbrik edir, şəxsi və ictimai fhəyatlarında uğurlar arzulayıram.
Davamı →

8 Mart Beynəlxalq Qadınlar günü

8 Mart — qadın və gözəllik bayramı kimi qeyd olunur. Lakin tarixə nəzər salsaq görərik ki, bu bayram heç də romantik hadisələr nəticəsində yaranmayıb. Həmçinin «qadın bayramı»nın qeyd olunması daha qədim tarixə malikdir desək, yanılmarıq. Gəlin, birlikdə bu tarixə nəzər salaq.

Belə ki, hələ qədim romalılar mart ayında qadınlar bayramını qeyd edirdilər. Həmin gün matronalar (qədim romalılarda: böyük ailə anası) həyat yoldaşlarından hədiyyə almaqla bərabər, diqqət və qayğı ilə əhatə olunurdular. Hətta qul qadınlar, bayram günü bütün işlərindən azad olunur və hədiyyələrlə mükafatlandırılırdılar. Gözəl və yaraşıqlı paltarlar geyinərək romalı qadınlar ilahə Vestanın (o, ailə ocağının qoruyucusu hesab olunurdu) məbədinə gəlirdilər.
Ardı →

8 Mart

Saytın özünün və onun kişi üzvlərinin adından saytımızın gözəl,ağıllı,sağlam,nümunəvi,zəngin(yaxud da olmaq istəyən) qızlarını təbrik edirik. Onlara ən xoş arzularımzı bildirir, bütün çətinliklərdən asanlıqla qurtulmağı, hər bir işdə uğur qazanmalarını arzu edirəm.
fidanAynurLeylanərgizAzalesyANailə Rzayeva, Səbinə, niqulya və digər adları çəkilməyən xanım istifadəçilərimizi təbrik edirik. Siz qadınlar olmasanız, bizim həyatımız maraqsız olar. Daha doğrusu həyatımız özü olmaz,çünki bizi dünyaya gətirən də qadınlardır. Ona görə saytın inkişafında əməyi olan hər bir kişi istifadəçinin də analarını təbrik olunanlar siyahısına qatırıq.
Ardı →